29-31 may tarixlərində 24 ölkədən təxminən 1500 gənc İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin İngiltərənin Lankaşir qraflığında keçirilən ilk One-by-One konfransına toplaşıb. Bu, Avropada gənclər üçün təşkil olunmuş bu növ tədbirlərdən ən böyüyüdür.
Üç gün ərzində iştirakçılar xeyriyyə layihələrində, dini toplantı və seminarlarda, məbəd ibadətlərində, idman və komanda fəaliyyətlərində iştirak edib, həmçinin Avropanın dörd bir yanından gələn həmyaşıdları ilə qalıcı dostluqlar qurmaq imkanı qazanıblar. Bu tarixi konfrans çərçivəsində On İki Həvari Kvorumunun üzvü Yaşlı Clark G. Gilbertin iştirakı ilə iki xüsusi dini toplantı keçirilib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
Preston İngiltərə Məbədinin ərazisində və 'Bernli' Futbol Klubunun ev sahibliyi etdiyi stadionda keçirilən builki konfransın mövzusu — 'One-by-One', Şimali Avropa Bölgəsində fərdi imanlılığa, müqəddəs məbəd ayinlərinə hazırlaşmağa və başqalarının əhd yolu ilə irəliləməsinə kömək etməyə yönəlmiş daha geniş hədəfləri əks etdirir. Konfrans, həmçinin hər bir fərdə unikal dəyərə və ilahi potensiala malik, Tanrının sevimli övladı kimi baxmağın vacibliyini vurğulayır — bu yanaşma həftəsonu boyunca özünü aydın şəkildə büruzə verdi.
Məbədə fokuslanmaqla başlamaq
Çorli şəhərində yerləşən Preston İngiltərə Məbədində birlikdə ibadət etmək imkanı bir çox iştirakçı üçün konfransın ən yaddaqalan anlarından biri oldu. 24 fərqli ölkədən gələn gənclər üçün Məbəddə toplaşmaq fərqli mədəniyyətlər, dillər və mənşəyə malik olmalarına baxmayaraq, onları birləşdirən ortaq inancı bir daha xatırlatdı.
İngiltərənin Çorli şəhərindən olan gənc Conor Hughes: 'Məbəddə birlikdə olmağımızın həqiqətən çox böyük bir gücü var idi,' — deyə bildirib. 'Fərqli mədəniyyətlərdən və mühitlərdən gəlməyimizə baxmayaraq, elə bir hiss var idi ki, sanki hamımız eyni məqsədləri olan tək bir ailənin üzvləriyik. Bu mənə hamımızın Tanrı tərəfindən bərabər şəkildə sevildiyimizi bir daha xatırlatdı',- deyə o, əlavə edib.
edford şəhərindən olan Kai Corre üçün konfransın əvvəlində birlikdə ibadət etmək təcrübəsi xüsusi bir ab-hava yaratmağa və həftəsonu boyunca davam edən birlik ruhunu aşılamağa kömək etdi.
O bildirib ki: 'Məbədin gətirdiyi o mənəvi hüzur və orada qura bildiyimiz səmimi münasibətlər, şübhəsiz ki, şənbə gününün fəaliyyətlərinə və konfransın geri qalan hissəsinə də öz təsirini göstərdi.'
İnamda və xidmətdə birlik
Şənbə günü gənclər İngiltərənin ən simvolik futbol klublarından biri olan 'Bernli'nin ev sahibliyi etdiyi stadionda toplaşdılar. Gün ərzində iştirakçılar yerli xeyriyyə cəmiyyətlərinə dəstək məqsədilə sosial layihələrdə çiyin-çiyinə çalışıb, komanda fəaliyyətlərində iştirak edib və Yaşlı Clark G. Gilbertin rəhbərliyi ilə keçirilən dini toplantıya toplaşıblar.
Stadionun müxtəlif sahələrində komandalar halında çalışan iştirakçılar 'Bernli' Futbol Klubunun icma fonduna məxsus ərzaq bankı üçün qida bağlamaları hazırlayıb, həmçinin 'Lancashire Women' və 'Safenet' təşkilatları üçün 1500-dən çox gigiyena dəsti toplayıblar. Bu təşkilatlar məişət zorakılığından zərər çəkmiş qadınlar və uşaqlar da daxil olmaqla, maddi və mənəvi çətinliklərlə üzləşən fərdlərə və ailələrə praktiki dəstək göstərir.
Nyukasl-ander-Laym şəhərindən olan Rose üçün bu xidmət layihəsi insanların ehtiyac sahiblərinə dəstək olmaq məqsədilə bir araya gəldikdə nə qədər tez dərin və mənalı dostluqlar qura biləcəyini bir daha önə çıxardı.
O bildirib ki: 'Tamamilə tanımadığın insanlarla bir araya gəlib sadəcə başqalarına xidmət etdiyiniz üçün bu qədər qısa müddətdə belə güclü bağlar qura bilmək çox heyrətamizdir. Qrupumuzda təxminən on nəfər var idi və mən onlardan yalnız bir neçəsini tanıyırdım, amma layihənin sonuna yaxın hər şey tamamilə fərqli hiss olunurdu.'
O, sözlərinə əlavə edib: 'Bu qədər fərqli ölkələrdən gələn insanların hamısının eyni məqsəd üçün birgə çalışaraq tək bir məkanda toplaşması həqiqətən möhtəşəm bir şeydir.'
Xidmət layihəsindən sonra gənclər 'Bernli' Futbol Klubunun yaşıl meydançasına addım atdılar. Adətən dünya səviyyəli futbolçuların çıxış etdiyi bu stadion həmin gün günortadan sonra komanda quruculuğu fəaliyyətləri, müxtəlif idman növləri və dostluq yarışlarına ev sahibliyi etdi Roller sürməkdən tutmuş təhlükəsiz balta atmaya qədər, gənclər öz rahatlıq zonalarından kənara çıxmaq, yeni insanlarla tanış olmaq və həftəsonu boyunca qurulmuş dostluq əlaqələrini daha da möhkəmləndirmək fürsətindən maksimum yararlandılar
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib.
Londondan olan gənc iştirakçı Madeline deyib: 'Normalda bu cür kütləvi tədbirlərin həvəskarı olmasam da, bu gün həqiqətən möhtəşəm keçdi.' Özün kimi insanlarla dolu bir stadionda olmaq adama inanılmaz bir enerji bəxş edir. Həyatımın fərqli dövrlərindən olan nə qədər köhnə dostumu görüb onlarla dərdləşə bildim, üstəlik, Qolveydən tutmuş Peruya qədər hər yerdən yeni insanlarla tanış oldum… Başqalarına kömək etmək, bir icma olaraq bir-birimizə bağlanmaq və 2000-ci illərin əvvəllərinin musiqiləri ilə əylənmək — bax, Son Zaman Müqəddəsləri olmağın əsl fəlsəfəsi budur!
Bir çox iştirakçı üçün bu konfransın ən unudulmaz tərəfi toplaşan insanların sayca nə qədər böyük olduğunu öz gözləri ilə görmək və onlarla eyni inancı, eyni dəyərləri paylaşan digər gənclərlə tanış olmaq idi. İrlandiyanın Limerik şəhərindən olan İzabella bildirib: 'Həqiqətən möhtəşəmdir, bu qədər adam olacağını heç gözləmirdim!' Bu qədər insanla bir yerdə olmaq çox qəşəngdir. Mənimlə eyni yaşda olan və eyni dəyərləri, prinsipləri paylaşan bu qədər insanın varlığını bilmək həqiqətən adamı heyran edir!'
Yaşlı Gilbert hər kəsi ruhlandıraraq deyir: 'İlahi kimliyinizi unutmayın'
On İki Həvari Kvorumunun üzvü, Yaşlı Clark G. Gilbert şənbə günü axşam 'Bernli' Futbol Klubunda gənclərə qoşuldu. Gənclər konfransının bir neçə təşkilatçısı və iştirakçısını öz təəssüratlarını bölüşməyə dəvət edən Gilbert, bu toplanışın əsas ruhunu təşkil edən birlik, fədakar xidmət və aidiyyət hissini xüsusilə vurğuladı.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib. ©2026 Intellectual Reserve, Inc tərəfindən. Bütün hüquqlar qorunur.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib. ©2026 Intellectual Reserve, Inc tərəfindən. Bütün hüquqlar qorunur.
İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsinin ilk 'One-by-One' konfransı üçün 24 ölkədən təxminən 1500 subay gənc İngiltərənin Lankaşir qraflığında bir araya gəlib. ©2026 Intellectual Reserve, Inc tərəfindən. Bütün hüquqlar qorunur.
Prezident Russel M. Nelsonun daha əvvəl paylaşdığı nəsihətlərə əsaslanan Yaşlı Gilbert, iştirakçıları öz əbədi kimliklərini unutmamağa və bu kimliyin həyatın ən vacib seçimlərinə necə yön verdiyini hər zaman yadda saxlamağa çağırdı.
'Bizi bir araya gətirən səbəb budur: burada olan hər kəs, hər bir şəxs Tanrının övladıdır,' - deyə o qeyd etdi. 'Buradakı hər bir insanın andlaşmanın övladı olmaq fürsəti var və hər birimiz İsa Məsihin şagirdi olmağa can ata bilərik.'
Avropanın dörd bir yanından toplaşan 1500-dən çox gəncin yaratdığı bu mənzərəni seyr edən Yaşlı Gilbert qeyd etdi ki, iştirakçılar fərqli ölkələr, mədəniyyətlər və sosial mühitlərdən gəlsələr də, onları birləşdirən ortaq bir dəyər — İsa Məsihə olan vahid inancdır.
Prezident Nelsonun Əbədiyyət üçün seçimlər adlı müraciətinə toxunan Gilbert bildirdi ki, insanın öz ilahi kimliyini dərk etməsi onun həyatına aydın bir yön verir və onu ali bir məqsədlə doldurur. 'Kim olduğunuzu bilsəniz, həyatdakı bir çox seçimi etmək sizin üçün çox asanlaşacaq,' — deyə o qeyd etdi.
O, gəncləri yadda saxlamağa çağırdı ki, təhsilə, siyasi baxışlara və ya şəxsi maraqlara əsaslanan kimliklər zaman keçdikcə dəyişə bilər, lakin onların Tanrının övladı, əhdin övladı və İsa Məsihin şagirdi olaraq daşıdıqları kimlik onlara heç vaxt sarsılmayan, əbədi bir təməl bəxş edir.
Yaşlı Gilbertin də qeyd etdiyi kimi, 'bizi bir araya gətirən səbəb' gənclərin haradan gəlməsi deyil, paylaşdıqları ortaq inanc və dəyərlər idi.
Gənclərə müraciət edən 'Bernli' Futbol Klubunun sədri Alan Pace yerli cəmiyyətə verdikləri töhfəyə görə iştirakçılara təşəkkür etdi və onları həyatları boyu öz məqsədlərinə və inanclarına sadiq qalmağa çağırdı.
'Xahiş edirəm, xəyallarınızı gerçəkləşdirmək üçün əlinizdən gələn hər şeyi edin,' — deyə o bildirdi. 'Çünki bu cür gözəl anlar məhz həmin xəyalların arxasınca getməyin bəhrəsidir.'
Öz gənclik təcrübəsindən nümunə gətirən Pace həyatı və müridliyi dağa dırmaşmağa bənzətdi: “Uşaq olanda dağlara dırmaşmağı çox sevdiyimi kəşf etdim. Zirvəyə doğru gedən yolda tez-tez ayaq saxlayırdım; çünki ora çatmaq üçün tələb olunan bütün bu zəhmətə qatlaşmaq istədiyimdən tam əmin deyildim. Bəzən rəhbərlərim məni ruhlandırar və o yola hələ də davam etmək istədiyimi görməyimə kömək edərdilər. Bu həftəsonu Rəbbin Həvarisini dinləmək və Səmavi Atanızın dərgahına doğru gedən o müqəddəs yolda qətiyyətlə addımlamaq üçün qarşınızda böyük bir fürsət var. Bu sözləri ürəkdən qəbul edin. Çünki o, bunu tam səmimiyyətlə deyir. Səmavi Atanız hər birinizin Onun dərgahına geri dönməsini ürəkdən arzulayır.'
'One-by-One': Tanrının hər bir övladının dəyərini görmək
Konfransın ən fərqləndirici xüsusiyyəti tədbirin planlaşdırılmasında və keçirilməsində məhz gənclərin özlərinin mühüm rol oynaması idi. Tədbirlərin təşkili, logistika işlərinin tənzimlənməsi və iştirakçıların ünsiyyət, ibadət, eləcə də xidmət fəaliyyətləri üçün şərait yaradılması naminə onlarla könüllü saatlarla fədakarlıqla çalışdı.
'Məni ən çox heyran edən gənclərin bu konfransda sadəcə iştirakçı qismində çıxış etməsi deyil, həm də ona rəhbərlik etməsini görmək oldu,' — deyə Avropa Şimal Bölgəsində Gənclər konfranslarına məsul olan Bölgə Yetmişliyi Yaşlı Scott Spencer bildirdi. 'Onlarla gənc tədbirin həm planlaşdırılması, həm də keçirilməsi naminə saatlarla fədakarlıqla çalışaraq imanı gücləndirən, dostluq əlaqələri quran və digərlərinə bura aid olduqlarını hiss etdirən unudulmaz bir təcrübə yaratdılar.'
O, sözlərinə belə davam etdi: “Mən inanıram ki, bir çox insan buradan İsa Məsihə olan imanını daha da gücləndirmiş və başqalarının həyatına gözəllik bəxş etmək gücünə inanaraq ayrılacaq.”
Avropa Şimal Bölgəsi üzrə Təşkilatın Bölgə Məsləhətçisi bacı Emma Wade bildirdi ki, konfransın ən təsirli tərəflərindən biri fərqli ölkələr və mədəniyyətlərdən olan gənclərin eyni iman ətrafında birləşməsini görmək idi.
Onlar birlikdə ibadət etdilər, xidmət göstərdilər və milli, mədəni, eləcə də dil sərhədlərini aşaraq möhkəm dostluqlar qurdular,' — deyə o qeyd etdi. 'Bu təcrübə bir daha sübut etdi ki, İsa Məsihə olan iman insanları birləşdirmək və onların həyatında qalıcı, müsbət izlər qoymaq gücünə malikdir
Avropa Şimal Bölgəsi Sədrliyinin üzvü Yaşlı Alan Phillips bildirdi ki, subay gənclər Kilsənin Avropadakı gələcəyidir. 'Uzun illər FSY-də onlarla birgə xidmət etmiş biri olaraq, mən buna şəxsən şahid olmuşam. Onlar indiyədək şahidi olmadığımız şəkildə liderlik edir, öyrədir, xidmət və yol göstərirlər. Onların bir çoxu missiyalarda xidmət edib və elə bugündən Kilsəyə rəhbərlik etməyə tam hazırdırlar.'
'Biz icma və region rəhbərlərini gənclərimizin potensialını görməyə səsləyirik. Əgər bu həftəsonu bizim şahid olduqlarımızı siz də görə bilsəydiniz, hər bir subay gənci bu möhtəşəm işin ən ön cəbhəsinə yerləşdirərdiniz. Bizim onlara Yepiskopluqlarda, Yardım Cəmiyyətinin Sədrliklərində və Regional Şuralarda ehtiyacımız var.'
Konfrans barədə təəssüratlarını bölüşən Yaşlı Phillips bildirib: 'Bu həftəsonu şahidi olduğumuz mənzərə, imanı, xidmət etməyi və müridliyi seçən möhtəşəm bir gənc nəslin varlığıdır. Qazanılan dostluqlar, edilən xidmətlər və birgə yaşanan mənəvi anlar konfrans bitdikdən sonra belə uzun illər boyunca gənclərin qəlbində silinməz izlər qoyacaq. Biz ümid edirik ki, bu gənclər İsa Məsihə olan sadiq bağlılıqlarında güclənmiş olaraq evlərinə dönəcək və öz ailələri, icmaları və cəmiyyətlərinə xeyir-dua vermək üçün ilham alacaqlar: hər bir fərdə ayrılıqda'
Preston İngiltərə Məbədindən Bernli Futbol Klubuna qədər keçirilən bu konfrans özünün əsas mövzusunu — 'Hər bir fərdə ayrılıqda' prinsipini tam əks etdirirdi: yəni hər bir kəs Tanrının ilahi potensiala malik sevgili övladıdır və qalıcı dəyişikliklər çox vaxt fərdi iman, xidmət və dostluq addımları ilə başlayır.