Birinci Prezidentlik Elder Jack N. Gerardı Mərkəzi Avropa Bölgəsinin Prezidenti kimi xidmətə təyin etmişdir. Elder Gerard son illərdə Ərazi Prezidentliyinə sədaqətlə rəhbərlik edən Elder Ruben V. Alliaudu əvəz edir. Elder Gerard Ərazi Prezidentliyinin üzvü kimi vəzifəsini davam etdirən Elder James V. McConkie III və prezidentliyə qoşulmaq üçün təyin edilmiş Elder Michael Cziesla ilə birlikdə xidmət edəcək.
Keçid haqqında danışarkən Elder Gerard Elder Alliaud və həyat yoldaşı Fabiananın göstərdiyi xidmətə görə minnətdarlığını bildirdi və həm Elder McConkie, həm də Elder Cziesla ilə xidmət etmək imkanından duyduğu məmnuniyyəti bölüşdü.
'Rəbb Öz işini sürətləndirdikcə, Mərkəzi Avropa Bölgəsi öz üzvlərinin imanı, uzaqgörənliyi və Məsihəbənzər rəhbərliyi sayəsində bol-bol xeyir-dua almışdır,' deyə Elder Gerard bildirdi. 'İrəlilədikcə biz həmin təməl üzərində qurmağa davam etməkdən və həm fərdlərə, həm də ailələrə İsa Məsihə olan imanlarını dərinləşdirməyə kömək etmək üçün birlikdə çalışmaqdan həyəcan duyuruq' Elder Gerard vurğuladı ki, Mərkəzi Avropa Bölgəsi Prezidentliyinin əsas diqqət mərkəzində olan məsələlərdən biri Ömürlük Şagirdlik prinsipi olacaqdır.
'Arzumuz hər bir insana sadiq şagirdlik yolu ilə Xilaskara daha çox yaxınlaşmağa kömək etməkdir,' – deyə o bildirdi. 'Bu dəvət əhd yolunun harasında olmalarından və ya hələ yola qədəm qoyub-qoymamalarından asılı olmayaraq, hamıya şamil edilir. Hamını Məsihə tərəf gəlməyə dəvət etdikcə və bütün ərazi üzrə yerli rəhbərlər, dostlar və üzvlərə dəstək olduqca, İsa Məsihə olan imanı möhkəmləndirəcəyimizə, mənalı İncil həyatını təşviq edəcəyimizə və insanlara müqəddəs əhdlər bağlamaq və onlara sadiq qalmaqla gələn sevinci yaşamağa kömək edəcəyimizə ümid edirik.'
Yeni prezidentlik 1 avqust 2026-cı il tarixində xidmətə başlamışdır.
Mərkəzi Avropa Bölgəsi Prezidentliyi haqqında
Hər bir Ərazi Prezidentliyi On İki Həvari Kvorumunun rəhbərrliyi altında xidmət edir və ərazi daxilində yerli Kilsə rəhbərlərini dəstəkləmək, dostlar və üzvləri möhkəmləndirmək, missionerləri ruhlandırmaq və humanitar yardım, məbəd işləri və ictimaiyyətlə əlaqələr təşəbbüslərinə nəzarət etməkdən məsuldur.
Mərkəzi Avropa Bölgəsi, Avropa və Mərkəzi Asiyanın 37 müxtəlif ölkəsini əhatə edir və İsa Məsinin Son Zaman Müqəddəsləri Kilsəsinin dostları və üzvlərinə 25-dən çox dildə xidmət göstərir. Yerli Kilsə rəhbərləri ilə sıx əməkdaşlıq edərək, Ərazi Prezidentliyi bütün regionda İsa Məsihə olan imanı möhkəmləndirməyə və Kilsənin missiyasını dəstəkləməyə çalışır.
Elder Jack N. Gerard 2018-ci ilin aprel ayında Baş Səlahiyyətli Yetmişlik kimi təsdiq edilmişdir. Cari təyinatından əvvəl o, Kilsənin Kommunikasiya Departamentinin İcraçı Direktoru kimi fəaliyyət göstərmək də daxil olmaqla, müxtəlif Kilsə rəhbərliyi və peşəkar vəzifələrdə xidmət etmişdir. O, idarəetmə, ictimai əlaqələr və liderlik sahəsində zəngin təcrübəyə malikdir. Xidməti boyunca Elder Gerard hamını İsa Məsihə iman gətirməyə, əhd ilə yaşamağa və ailələri möhkəmləndirməyə dəvət etməyin mühümlüyünü vurğulamışdır. O və həyat yoldaşı Claudette səkkiz övlad sahibidir.
Elder James W. McConkie III 2022-ci ilin aprel ayında Baş Səlahiyyətli Yetmişlik kimi təsdiq edilmişdir. O, Kilsədə saysız-hesabsız vəzifələrdə xidmət etmişdir, lakin onun həyatına ən güclü təsir göstərən vəzifələri gənc missioner kimi (1990–1992) və missiya prezidenti kimi (2013–2016) Çexiya və Slovakiyada yerinə yetirdiyi xidmətlər olmuşdur. 2024-cü ildə Mərkəzi Avropa Bölgəsi Prezidentliyinə qoşulduqdan bəri o, bölgə üzrə yerli rəhbərlərlə sıx əməkdaşlıq edir. O, Gənc Nəslə və onların Məsihin ömürlük şagirdləri olmaq yolundakı səylərinə dərin rəğbət bəsləyir. Elder McConkie və həyat yoldaşı Laurel dörd övlad sahibidir.
Elder Michael Cziesla 2025-ci ilin aprel ayında Baş Səlahiyyətli Yetmişlik kimi təsdiq edilmişdir. Əslən Almaniyadan olan Michael Cziesla yepiskop, region prezidenti, missiya prezidenti, Bölgə Yetmişlisi və Avropanın müxtəlif yerlərində digər rəhbər vəzifələr də daxil olmaqla, Kilsədə bir çox vəzifələrdə xidmət etmişdir. Elder Cziesla Mərkəzi Avropa Bölgəsinin mədəniyyəti və ehtiyaclarını dərindən anlayır, eləcə də ömrünü başqalarına xidmət etməyə həsr etmişdir. O və həyat yoldaşı Margret beş övlad sahibidir.
Mərkəzi Avropa Bölgəsində Ömürlük Şagirdlik
Mərkəzi Avropa Bölgəsi gələcəyə baxdıqca, prezidentlik bütün fərdlər və ailələrin İsa Məsinin ömürlük şagirdləri olmalarına kömək etmək kimi peyğəmbərlik prioritetinə diqqət yetirməyə davam edir.
Bu ali məqsəd hər kəsi gündəlik iman, dua, müqəddəs yazıların öyrənilməsi, əhdlərə sadiqlik və Məsihəbənzər xidmət vasitəsilə Xilaskar ilə münasibətlərini gücləndirməyə təşviq edir. Bu, şagirdliyin sadəcə bir dəfəlik hadisə deyil, İsa Məsihə daha çox bənzəmək yolunda ömür boyu davam edən bir səyahət olduğunu qəbul edir.
Rəbbin tək-tək qayğı göstərmək nümunəsini əsas götürərək, prezidentlik dostlar və üzvləri sevgi, mərhəmət və səmimi dostluqla öz qonşuları, dostları və ailə üzvlərinə əl uzatmağa təşviq etməyə davam edir. Bu şəxsi səylər sayəsində fərdlər İsrail övladlarını bir araya gətirməyə və bərpa olunmuş müjdənin gətirdiyi ümid, sülh və sevinci başqaları ilə bölüşməyə kömək edə bilərlər.
Həmçinin Mərkəzi Avropa Bölgəsində əhəmiyyətli inkişaf müşahidə olunmağa davam edir, çünki hər bazar günü bizimlə ibadət edən dostların sayı artır, yeni vahidlər təşkil olunur və məbəd imkanları genişlənir. Avropada yeni məbədlər elan edildikcə, tikildikcə və ya istifadəyə verildikcə, dostlara məbədlərin içində bağlanan əhdlər haqqında daha çox öyrənmək tövsiyə olunur, üzvlər isə məbəddə ibadət etməyi öz şagirdlik səyahətlərinin mərkəzinə qoymağa dəvət olunurlar. Bölgə Prezidentliyi vurğulamışdır ki, məbədlər getdikcə mürəkkəbləşən dünyada İsa Məsihə daha da yaxınlaşmaq, ailələri gücləndirmək və sarsılmaz mənəvi güc tapmaq üçün müqəddəs imkanlar yaradır.