Qarşılayın

İSA MƏSİHİN SON ZAMAN MÜQƏDDƏSLƏRİ KİLSƏSİ

image

Xoş gəlmisiniz!

Biz fürsətdən istifadə edib İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi təqdim etmək istəyirik. Bu broşurda Kilsənin əsas inancları, ibadətləri və proqramları haqqında ümumi məlumatlarla tanış ola bilərsiniz. Sizi bu barədə daha ətraflı öyrənməyə dəvət edirik.

HAQQIMIZDA ƏLAVƏ MƏLUMAT ÜÇÜN KEÇİD EDİN:

newsroom.churchofjesuschrist.org

image

Əsas inanclar

Tanrının hamının Atası olduğuna, Oğlu İsa Məsihin dünyanın Xilaskarı və Qurtarıcısı olduğuna inanırıq. Biz Onun sözlərinə əməl etməyə çalışırıq və inanırıq ki, bütün insanlar Onun bizim xoşbəxtliyimiz haqqında planlarıyla sevinc tapa bilərlər, bu həyatda bir məqsəd tapa bilərlər və bir gün yenidən Onun hüzuruna qayıda bilərlər.

Fani çətinliklərin həqiqi dünyasında Məsihin mesajı ümid, optimizm və sülh mesajıdır. Bizə ətrafımızdakiləri sevməyi və onlara xidmət etməyi, qanuna hörmət etməyi və əməl etməyi, yaşadığımız cəmiyyətdə fəal vətəndaş olmağı öyrədirlər.

image

Kilsənin tarixi

İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi əsası ABŞ-da 1830-cu ildə Peyğəmbər Cozef Smit tərəfindən qoyulmuşdur. 

Cozef Smit ibadət etməli olduğu kilsəni tapmağa kömək etməsi üçün ürəyində möhkəm narahatlıq hissi ilə Tanrıya müraciət etdi. Tanrı və İsa Məsih Cozefin gözünə görünərək, onu İsa Məsihin Kilsəsinin zamanla itirdiyi dəyərli həqiqətləri və müqəddəsləri geri qaytarmağa hazırlamağa başladılar. 

Cozef Smit İsa Məsihi öyrədən və ona dəlalət edən qədim yazıları tərcümə etdi. Bu qədim yazılar Mormon Kitabı adlanır. O, indiyə kimi 114-dən çox dilə tərcümə olunub.

image

Bəşəri inanc

Kilsənin 160-dan çox ölkə və ərazidə 16 milyondan çox üzvü və 30000-dən çox icması var. Bu icmaların hər biri bir-birinə xidmət edən, öyrədən, ruhlandıran və yol göstərən yerli qrupdur. Hər bir icma məhdud vaxtda, könüllü olaraq xidmət edən üzvlərdən seçilmiş, xidmətlərini təmənnasız edən liderlər tərəfindən idarə olunur. Kilsə 110-dan çox dildə İsa Məsihlə bağlı mənbələri və proqramları təqdim edir. O, həmçinin bir neçə universitetdə fəaliyyət göstərir; 170 ölkədə 400000-dən çox təhsil alan gənclər üçün dini təhsil proqramı; “FamilySearch”, dünyanın ən böyük geneoloji axtarış təşkilatı; və dünya miqyasında hər il təxminən 1 milyard dollar yardım göstərən geniş humanitar yardım proqramı olan “Latter-day Saint Charities”. Kilsənin dünya üzrə baş ofisi Yuta ştatının Solt Leyk Siti şəhərində yerləşir.

image
image

Ailə

Biz inanırıq ki, ailə bütün cəmiyyətlərdə ən mühüm icmadır və ailələr mahiyyət etibarilə əbədidir. Biz gündəlik ailə duasını və Müqəddəs Yazıları öyrədirik. Hər həftə bir gecəni mənəvi və maarifləndirici müzakirələr vasitəsilə ailə münasibətləri qurmağa, başqalarına xidmət göstərməyə və birlikdə asuda vaxt keçirməyə ayırırıq.

image

İbadətgahlar

İbadətgahlar bizim Tanrıya yaxınlaşdığımız müqəddəs ibadət yerləridir. Onlar fərdlərin İsa Məsihin ardınca getmək üçün təntənəli vədlər verə biləcəyi yerlərdir. İsa Məsihdən nümunə götürməklə, biz ehtiyac içində olanlara qayğı göstərməyə, qonşularımızı sevməyə və yaxşı vətəndaş olmağa çalışırıq. Biz ibadətgahlarda ibadət edir, ilham mənbəyi axtarır və Tanrının firavanlıqla bağlı əmrlərini öyrənirik. Biz nikah kimi əbədi yaşayacaq müqəddəs mərasimlər keçiririk. Biz ailələri və nəsilləri əbədi birləşdirə bilərik. Hazırda dünyada fəaliyyət göstərən, tikilməkdə olan və ya gələcəkdə tikiləcək 295 ibadətgah mövcuddur.

image

“FamilySearch”

“FamilySearch” sistemi fərdlərə ailə tarixlərini kəşf etməyə kömək edən beynəlxalq, qeyri-kommersiya təşkilatıdır. Dünyanın ən böyük geneoloji xidmətini göstərən “FamilySearch” sistemində tarixi qeydlər kolleksiyasında axtarılması mümkün olan 8 milyarddan çox ad mövcuddur. 

İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi asi adət-ənənədən, mədəniyyətdən və ya dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə “FamilySearch” sistemini təmənnasız təqdim edir.

image

İbadət xidməti

Hər kəsi bazar günü birlikdə ibadət etməyə dəvət edirik. Bizim xidmətlərimizin əsası Tanrıya ibadət etməkdən və qonşularımızı sevməkdən ibarətdir. Biz daha yaxşı yaşamaq və İsa Məsihin özünü qurban verməsini xatırlamaq əhdi kimi hər həftə çörək və suyumuzu bölüşürük. Əsas yığıncağımız ilahilər, dualar və icmanın müxtəlif üzvlərinin hər həftə verdiyi moizələrdən və ya çıxışlardan ibarətdir. Bu, mənəviyyatın güclənməsini və evdə ibadət etməyi dəstəkləmək üçün mükəmməl üsuldur. İbadətgahlarımız bazar günü ibadət yeri olmaqla yanaşı, həftə içi təhsil, mədəniyyət və istirahət fəaliyyətləri üçün mərkəz rolunu oynayır.

image

Təhsil və Öyrənmə

Kilsə təhsilin və öyrənmənin fərdin inkişafı üçün əsas olduğunu qəbul edir. Üzvlərə şəraitin imkan verdiyi dərəcədə ömürboyu öyrənmənin və təhsilə davam etməyin dəyərləri öyrədilir. Kilsə öyrənmə mədəniyyətinə malikdir və ibtidai, orta məktəblər və universitetlərdə fəaliyyət göstərir. Həmçinin bütün dünyada gənclər üçün dini təlimlərin keçirilməsinə maliyyə dəstəyi verir. Kilsə tərəfindən yaradılmış Daimi Təhsil Fondu dünyanın inkişaf etməkdə olan bölgələrində Kilsənin uyğun gənclərə iqtisadi imkanlarını yaxşılaşdırmaq üçün lazımi təhsil almaq imkanı verir.

image

Humanitar Xidmətlər

Məqsədimiz insanın çəkdiyi əzabı aradan qaldırmaq, özünə inamı artırmaq və dini xidmət üçün imkanlar təmin etməkdir. Biz İsa Məsihin ehtiyacı olanları yedizdirmək, susuzlara su vermək, yadlara sığınacaq vermək, çılpaqları geyindirmək, xəstələrə və fiziki və ya əqli qüsurlu şəxslərə baş çəkmək göstərişlərinə əməl edirik. Hər il könüllülər tərəfindən rifah təşəbbüslərinə dəstək vermək üçün geniş həcmdə töhfə verilir. Biz 195 ölkə və ərazidə yardım və inkişaf layihələrini dəstəkliyirik.

image

Azərbaycandaki İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi

Son on ildə İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi mədəni mübadilələr, dinlərarası dialoq və humanitar təşəbbüslər vasitəsilə Azərbaycan Respublikası ilə hörmətli münasibətlər qurmuşdur. Bu səylərə Azərbaycan dini liderlərinin Solt Leyk Sitidəki Kilsə qərargahına səfərləri, həmçinin 2021-ci ildən davam edən mina təmizləmə layihələrinə dəstək daxildir.

30 aprel 2024-cü ildə Prezident İlham Əliyev Bakıda ağsaqqal David A. Bednarı qəbul etdi və bu tarixi görüş getdikcə güclənən dostluğu bir daha vurğuladı. 10 iyul 2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kilsəni Azərbaycanda rəsmi olaraq qeydiyyata aldı.

Hazırda Kilsənin Bakıda bir icması var və ibadət mərasimləri ilə fəaliyyətlərini rəsmi ünvanında keçirir.